Dünyada populyar olan "Times New Roman", "Arial", "Tahoma" və "Helvetica" şriftləri Rusiya Federasiyasındakı müştərilərlə istifadəçilər üçün bloklanıb.
Milli.Az Vedomosti-yə istinadən bildirir ki, sözügedən şriftlərə sahiblik hüquqlu "Monotype" (ABŞ) şirkəti Rusiya Federasiyasından olan İP ünvanlara saytındakı şrift kitabxanası ilə arxivindən istifadəni yasaqlayıb.
VPN-dən istifadə etdikdə sayt açılır.
Mütəxəssislərin dediklərinə görə, "Monotype"in tətbiq etdiyi yasaq bir müddət sonra Rusiyada "Times New Roman", "Arial", "Tahoma" və "Helvetica" şriftlərindən istifadəni mümkünsüz edəcək.