Cari ilin sonunda Rusiyada inflyasiya 20%-ə çata bilər.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin bildirib.
"İnflyasiya çox güman ki, bu diapazonda 20%-ə qədər, bəlkə də 17-dən 20%-ə qədər çata bilər"- deyə Kudrin bu gün Federasiya Şurasında rəhbərlik etdiyi qurumun 2021-ci ildəki fəaliyyəti haqqında hesabatla çıxış edərkən bildirib.
Rusiya Bankı və İqtisadi İnkişaf Nazirliyinin aprel ayında yeni proqnozlar təqdim edəcəyi gözlənilir. Rusiya Bankının martın əvvəlində analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə görə, bu ilin dekabrında illik inflyasiya 20%, gələn il 8%, 2024-cü ildə isə 4,8%-ə qədər azalacaq.