Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsəd və vəzifələrinin yerinə yetirilməsinə heç nə mane olmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Mən bir daha təsdiq etmək istəyirəm: Kiyevə Qərb silahlarının verilməsi, Ukrayna silahlı qruplarının terrorist döyüş üsulları, heç bir şey, o cümlədən hədə-qorxu, təbliğat, saxtakarlıq, dezinformasiya, təhdidlər – heç bir şey qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə mane olmayacaq”, - XİN rəsmisi vurğulayıb.