Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Böyük Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında məlumat verib.
O, Böyük Britaniyadan Ukraynaya silah tədarükünü sürətləndirməyi xahiş edib:
Mən Böyük Britaniyaya Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasında liderlik etdiyinə görə minnətdaram”.
Tərəflər Rusiyanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün gələcək addımları müzakirə ediblər.