Hələlik Ukraynaya səfər etməyi düşünmürəm.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını dəyərləndirərkən deyib.
O, əməliyyat başlamazdan bir neçə gün əvvəl Kiyevdə olduğunu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə tez-tez telefon danışığı apardığını bildirib:
"Mənim belə sıx əlaqə saxladığım ikinci dövlət və ya hökumət lideri yoxdur".