Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə bildirib ki, Rusiya ölkədəki bütün kimyəvi silahları məhv edib.
Milli.Az TASS-a istinadən bildirir ki, onun dediyinə görə Rusiyanın Ukraynaya kimyəvi hücumlar hazırlaması ilə bağlı xəbərlər yalandır.
"Bu gün Rusiya ordusunu ləkələmək, Rusiyanı ləkələmək, Rusiyanın guya kimyəvi silahdan istifadə etdiyi iddia edilən bu cür hərəkətlərini imitasiya etmək cəhdləri var. Bunlar təbii ki, yalandır. Rusiyanın kimyəvi silahı yoxdur, Rusiya öz üzərinə düşən vəzifəni yerinə yetirib. 2017-ci ildə kimyəvi silahlarını hələ məhv etməyən ABŞ-dan fərqli olaraq biz kimyəvi silahların tam məhvini başa çatdırdıq", - Matviyenko bildirib.