İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin şirkətlər vasitəsilə Rusiyaya silah tədarükü barədə məlumatı təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.
“Xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefonla danışdım. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Ona İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü barədə iddiaları təkzib etdiyinə, Ukraynaya tibbi briqada göndərdiyinə görə minnətdaram”, - nazir bildirib.
Qeyd edək ki, Britaniyanın “Qardian” qəzeti öz mənbələrinə istinadən Rusiyanın müharibə üçün İrandan gələn qaçaqmalçıların köməyilə İraqdan silah-sursat aldığını, həmçinin öz HHM sistemini bağışladığını yazmışdı.