Almaniyada Sosial Demokrat, Yaşıllar və Azad Demokrat partiyalarından ibarət hakim koalisiya Ukraynanı ağır hərbi texnika ilə təmin etməyə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə Bundestaqın üzvü Markus Faber Tvitter hesabında yazıb.
“Almaniya indi sürətlə Ukraynaya ağır texnika çatdıracaq. Şadam ki, Azad Demokratlar fraksiyası ilə birlikdə koalisiya tərəfdaşlarımızı buna inandıra bildik”, - o yazıb.