Boloniya prosesinin izləyici qrupu Rusiya və Belarusun prosesdə təmsilçilik hüququnu dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet Teleqram kanalında yazıb.
“Prosesə dəstək qrupu Rusiya və Belarusun Boloniya prosesində, eləcə də işçi qruplarında, bütün digər strukturlarda və Avropa Ali Təhsil Məkanının iş proqramının tərkibində təmsilçilik hüququnu dayandırmaq qərarına gəlib”, - nazir bildirib.