Avropa Birliyi Şurası Ukrayna silahlı qüvvələri üçün yardımının 500 milyon avro həcmindəki üçüncü tranşını təsdiqləyib.
Axar.az xəbər verir ki, Avropa Sülh Təsisi (EPF) çərçivəsində görülən həmin tədbirlər Ukrayna ordusuna fərdi qoruma vasitələri, ilkin yardım ləvazimatı, yanacaq, habelə hərbi ləvazimat təchizatını dəstəkləmək üçün nəzərdə tutulub.
Hərbi yardımın 2 il ərzində göstəriləcəyi bildirilib.