Mart ayında Böyük Britaniyada inflyasiya illik 7 faizə çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Statistika Xidmətinin hesabatında deyilir.
Qeyd olunur ki, bu, ölkədə 1992-ci ilin martından bəri qeydə alınan ən yüksk göstəricidir. Həmin il Böyük Britaniyada inflyasiya 7,1 faizə çatmışdı.
Mütəxəssislər Böyük Britaniyada mart ayı üzrə inflyasiya dərəcəsini 6,7 faiz səviyyəsində proqnozlaşdırırdı, lakin istehlak qiymətləri bu həddi ötüb. Aprel ayında inflyasiyanın 8 faizə çata biləcəyi gözlənilir.
İlin sonunadək isə bəzi analitiklər inflyasiyanın 10 faizi üstələyə biləcəyini proqnozlaşdırır.