Bakı və İrəvan bu il aprelin 30-dək sərhədin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bildirmək istəyirəm ki, hazırda komissiyanın formatı üzərində işləyirik. Ən geci aprelin 30-dək komissiyanın tərkibini dəqiqləşdirməliyik. Bu müddət ərzində müvafiq məsul şəxslərimiz Azərbaycan tərəfi ilə birgə çalışmalıdırlar ki, məsələnin həllinə nail olunsun”, - o bildirib.