Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə söyləyib.
Ukraynada döyüşən rusiyalı hərbçilərə minnətdarlığını bildirən dövlət başçısı onların Rusiyanı müdafiə etdiyini vurğulayıb.