Çexiyada ABŞ hərbi bazasının yaradılması indiyə qədər sadəcə “xoş istək” olaraq qalıb, konkret danışıqlar aparılmır.
Axar.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“Təbii ki, bu, çox gözəl mövzudur. Vətəndaş Demokratik Partiyasının lideri kimi bunu eşitmək mənə xoşdur, amma əslində bu, sadəcə arzudur. Bununla bağlı real danışıqlar aparılmır”, - Baş nazir bildirib.
Qeyd edək ki, ötən həftə Çexiyanın müdafiə naziri qonşu Slovakiyadan nümunə götürərək, Çexiyadakı hərbi bazalardan amerikalı hərbçilərin istifadəsinə dair müqavilə bağlaya biləcəklərini qeyd edib.