Rusiya Fransanın rus diplomatlarını ölkədən çıxarmaq qərarını reaksiya verəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
“Rusiya diplomatlarının Fransadan qovulmasına adekvat reaksiya verəcək. Bu aydındır”, - V.Cabarov vurğulayıb.
Qeyd edək ki, ötən gün Fransa Xarici İşlər Nazirliyi altı rus diplomatını persona non-qrata elan edib.