ABŞ Prezidenti Cozef Bayden və Hindistanın Baş naziri Narendra Modi video formatlı danışıqlar aparıblar.
Milli.Az "Report"a istinadən bildirir ki, Modi danışıqlar zamanı Baydenə Rusiyaya Prezident Vladimir Putin və Ukrayna Orezidenti Vladimir Zelenski arasında birbaşa dialoq aparmağı təklif etdiyini deyib.
Danışıqlar ABŞ-ın Ukraynaya müdaxilə edən Rusiyaya iqtisadi təzyiq göstərmək üçün Hindistandan kömək istəməsi fonunda baş tutub.
Bildirilir ki, Bayden və Mode Ukraynadakı şəhərlərin, xüsusən də çox sayda mülki şəxsin öldürüldüyü Buça şəhərinin dağıdılmasından narahat olduqlarını bildiriblər.
"Bu yaxınlarda Buça şəhərində günahsız mülki şəxslərin öldürülməsi ilə bağlı xəbər böyük narahatlıq doğurdu. Biz bunu dərhal pislədik və müstəqil araşdırma aparılmasını istədik", - Modi deyib.
Mode həmçinin Baydenə bildirib ki, o, Rusiya ilə son telefon danışığı zamanı Putin və Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edib.
ABŞ rəhbəri Hindistanın Rusiyadan enerji idxalında artım görmək istəmədiyini açıq şəkildə bildirib.