Rusiya ilə Hindistan arasında münasibətlər Vaşinqtonun Dehli ilə tam əməkdaşlıq edə bilmədiyi zaman inkişaf edib, lakin zaman dəyişib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Hindistan və Rusiya arasındakı münasibətlər onilliklərdir ki, ABŞ-ın Hindistanın tərəfdaşı ola bilmədiyi zaman inkişaf edir. Zaman dəyişdi, indi biz Hindistanın bütün məsələlər üzrə seçilmiş tərəfdaşları ola bilərik və olmaq istəyirik: ticarət, texnologiya, təhsil, təhlükəsizlik...” - amerikalı rəsmi bildirib.