İranda ötən sutka ərzində 34 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 650 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3125 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 719 4768 nəfərə çatıb.