75 yaşında vəfat edən Rusiya Liberal Demokrat Partiyasının(RLDP)sədri Vladimir Jirinovskinin yerini kimin tutacağı aktiv müzakirə mövzusuna çevrilib.

Məlumdur ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski hələ ki, Jirinovskinin LDPR fraksiyasının rəhbəri vəzifəsini icra edəcək. Bildirilib ki, partiyada bütün təşkilati və kadr qərarları müvəqqəti dondurulub.  

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, dekabrın sonunda Jirinovski Liberal Demokrat Partiyasının rəhbəri kürsüsünə varis ola biləcək şəxslərin adlarını açıqlayıb. Jirinovski deyibmiş ki, partiyaya rəhbər postuna Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarevin, Smolensk vilayətinin rəhbəri Aleksey Ostrovskinin və  Dumada federasiya işləri üzrə komitənin sədri Aleksey Didenkonun arasında edə bilər.

Bildirilir ki, adı çəkilənlər arasında Deqtyarev ən təcrübəli və şanslı görünür. O, Xabarovskdan əvvəl Dövlət Dumasında işləyib.  Bundan əlavə, 2013 və 2018-ci illərdə Moskva meri seçkilərində iştirak edib. Hələ 2016-cı ildə Jirinovski prezidentlik yarışının mümkün iştirakçılarından biri kimi Deqtyarevin adını çəkmişdi.

Daha az təcrübəli, lakin artıq formalaşmış siyasətçilər Aleksey Ostrovski və Aleksey Didenkodur. Aleksey Ostrovski qubernatordur və bundan əvvəl  Dövlət Dumasında üç çağırış deputat olub. 2017-ci ildə Jirinovski prezident seçkilərində qələbə qazanarsa, Ostrovskini mümkün baş nazir kimi göstərmişdi.  

Aleksey Didenko mümkün namizədlərin fonunda ən təvazökar görünür. O, Dövlət Dumasının Federal struktur və yerli özünüidarəetmə məsələləri komitəsinin sədridir. Onun 38 yaşı var, lakin beş il əvvəl Vladimir Jirinovskinin seçki qərargahına rəhbərlik edib.  

"Bu vəzifəyə qeyri-media adamını qoysanız, LDPR-in reytinqi aşağı düşəcək. Əgər partiya həm Dumaya, həm də regional səviyyədə yenidən uğur qazanmaq istəyirsə, o zaman debatlarda parlaq, təcrübəli natiqə arxalanmalıdır" deyə, Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin Life.ru-ya bildirib.

Dövlət Dumasından mümkün namizədlər arasında   Yaroslav Nilovun adı hallanır. Bir aydan sonra 40 yaşı tamam olacaq deputat parlamentin Əmək, sosial siyasət və veteranlarla iş komitəsinin sədridir.

Telegram kanalları artıq Yaroslav Nilovun LDPR-nin sədri vəzifəsinə namizədliyinin Rusiya Prezident Administrasiyası ilə razılaşdırıldığı barədə məlumat yaymağa başlayıb. Məlumatlara görə, Jirinovskidən boşalan yerə  Dövlət Dumasının vitse-spikeri Boris Çernışov da iddia edir.  

Digər partiya funksioneri - Dövlət Dumasının Bədən tərbiyəsi, idman, Turizm və gənclərlə İş üzrə Komitəsinin üzvü Boris Paykin Liberal Demokrat Partiyasının əsas sponsorlarından biridir. Lakin onun  partiyada əsas rolu üzərinə götürmək fikri yoxdur.  Onun imkanları yalnız partiyanın təşkilati işləri ilə bağlıdır, səs-küylü bəyanatları, sərt jestləri sevmir.  

Mümkün varislərdən biri isə Jirinovskinin oğlu İqor Lebedev ola bilər. O, Rusiya parlamentində böyük təcrübə toplayıb. Amma  problem ondadır ki, Jirinovskinin oğlu siyasətdən getdiyini açıqlayıb. Ötən ilin iyununda o, Duma seçkilərində iştirak etməyəcəyini və bütün qərarların partiya ilə razılaşdırıldığını açıqlamışdı.

Ekspertlərə görə,  bu Lebedevin Liberal Demokrat Partiyasının taxt-tacına sahib olmaq yolunu bağlayıb. Ancaq mümkündür ki, atasının vəfatından sonra  yenidən LDP-də fəal siyasətə qayıda bilər. Onun partiyanı maliyyə nəzarətində saxlamaqda davam etdiyi məlumdur.

29 Noyabr 2024 Tramp Maskla belə əyləndi - Video
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 Özgür Özəl barəsində istintaq başladı
29 Noyabr 2024 Kremldən Əsədin gizli səfərinə müəmmalı cavab
29 Noyabr 2024 Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər
29 Noyabr 2024 Dekabr ayının havası: yağış, qar…
29 Noyabr 2024 Əsəd qardaşını islamçılarla döyüşə göndərdi
29 Noyabr 2024 Suriyada yeni hücuma Kremldən reaksiya
29 Noyabr 2024 Papa Türkiyəyə səfər edəcək
29 Noyabr 2024 HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı
29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!