Pakistanın keçmiş baş naziri İmran Xanın rəhbəri olduğu Təhriki İnsaf Partiyası yeni baş nazir seçkisinə az qalmış parlamentdən çıxıb.
Axar.az xəbər verir ki, bu barədə parlamentin iclasında elan edilib.
“Birlikdə istefaya getdiyimizi elan edirik”, - keçmiş xarici işlər naziri Şah Mahmud Qüreyşi bildirib.
Qeyd edək ki, Təhriki İnsaf Partiyasından baş nazirliyə namizəd Şah Mahmud Qüreyşidir.