NATO-nun daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz dəfələrlə demişik ki, alyansın özü daha çox qarşıdurma üçün itilənmiş alətdir, sülh və sabitliyi təmin edən ittifaq deyil. Alyansın daha da genişlənməsi, təbii ki, Avropa qitəsinə əlavə təhlükəsizlik gətirməyəcək”, - Peskov bildirib.