Rusiya Kiyevə digər dövlətlərdən silah tədarükünü dayandırmaq üçün Ukraynadakı vəziyyətlə bağlı dezinformasiya kampaniyasına başlayacaq.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Tvitter səhifəsində yazıb.
“Rusiya silah təchizatının vacib olduğunu bilir və onun qarşısını almaq üçün bütün səylərini səfərbər edir. Moskva xarici media və siyasətçilər üçün Ukrayna barədə genişmiqyaslı informasiya kampaniyası hazırlayıb. Onların troll fabriki Ukrayna haqqında dezinformasiya hazırlayırlar”.