Ukraynadakı vəziyyətə baxmayaraq, Tiflis Rusiyaya ikinci cəbhə açmayacaq.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
“Ukraynada bədbəxtlik, faciə, müharibə var. Amma biz sülhü, sabitliyi qoruyub, ölkənin inkişafına töhfə verməliyik. Gürcüstanda ikinci cəbhə olmayacaq. Biz buna imkan verməyəcəyik və vətəndaşlarımızı, dövlətimizi qorumağa davam edəcəyik”, - Qaribaşvili bildirib.