Kiyev meri Vitali Kliçko rus qoşunlarının yenidən paytaxtı ələ keçirməyə cəhd edəcəyini istisna etmir.
Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
"Düşmənin Kiyevdən geri çəkilməsi onun paytaxtı ələ keçirmək istəyindən əl çəkməsi demək deyil. Ona görə də onların sonradan Kiyevi 2 günə almaq cəhdini istisna etmək olmaz. Paytaxt isə müdafiəyə hazır olmalıdır", - Kliçko bildirib.