ABŞ və Qərbin tətbiq etdiyi sanksiyaların təsiri nəticəsində Rusiya ilin sonuna kimi dünyanın ən böyük iqtisadiyyat resursları olan ölkələrin sırasından çıxacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz artıq tətbiq edilmiş sanksiyaların nəticəsini qiymətləndirmişik. Rusiya ilin sonuna kimi dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrin sırasından çıxacaq. Beləliklə, ağrı realdır, təsiri realdır", - o bildirib.