Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif Pakistanın baş naziri ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi yazıb.
“Media ölkənin baş naziri postuna Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərifin keçə biləcəyini yazır”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.