ABŞ Avropanı Rusiya enerji daşıyıcılarından qoparmağa çalışır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Rusiya neftindən asılılığı azaltmaq üçün onlarla birgə addımlar atırıq”, - Sallivan bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden bu məsələ ilə bağlı Avropa liderləri ilə birbaşa təmasda olur.