Nüvə razılaşmasından əvvəl ABŞ Prezidenti Co Bayden xoşməramlılı əlamət olaraq sanksiyalardan birinin ləğvi ilə bağlı addım atmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O bildirib ki, İran şərəfli, davamlı və yaxşı razılaşma əldə etmək üçün diplomatiya yolunu davam etdirəcək:
"Lakin amerikalılar sanksiyaların ləğvi ilə bağlı danışıqlardan kənar yeni şərtlər irəli sürürlər. Biz belə qənaətə gəldik ki, ABŞ-la birbaşa danışıqlar kömək etməyəcək. Onların xoş niyyətinə heç bir ümid etmirik. ABŞ-ın tutduğu bu yol Vyana danışıqlarında əməkdaşlıq ruhu ilə uzlaşmır”.