İran Ermənistanda daimi biznes mərkəzi açacaq.
Axar.az xəbər verir ki, bunu İranın Əmək və Kooperativlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Həmid Foruzan deyib.
Foruzanın sözlərinə görə, məhsul və xidmətlərin istehsalı və ticarəti sahəsində imkanları müəyyən etmək üçün İran və Ermənistan arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Mərkəz İranın əmək nazirinin İrəvana səfəri zamanı açılacaq.