Belarus Prezidenti Aleksandr Lukaşenko 12 aprel Kosmonavtika Gününü birlikdə qeyd etmək üçün Vladimir Putinlə görüşə gedir.
Axar.az xəbər verir ki, bu barədə “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində qeyd olunub.
“Aprelin 12-də Putin və Lukaşenko Şərq kosmodromuna gedəcək və oradakı inşaat işləri ilə tanış olacaqlar. Daha sonra onlar mətbuat konfransına yollanacaqlar. Təbii ki, jurnalistlərin Putinə və Lukaşenkoya çoxlu sualları var. Ukraynadakı vəziyyət də müzakirə olunacaq. Belarus Ukraynada təhlükəsizliyin təminatçılarından biri kimi çıxış etmək istəyir, bu ideya Moskva tərəfindən də dəstəklənir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Şərq kosmodromu Uzaq Şərqdə Amur vilayətində yerləşir.