Tavriya quberniyası və onun tarixi sərhədləri bərpa olunmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixailı Şeremet deyib.
“Tarixi ədalətin vaxtının gəldiyini hesab edirəm. Vaxtilə Rusiya İmperiyasının tərkibində mövcud olmuş Tavriya qubernatorluğunu tarixi sərhədlər daxilində bərpa etməyin vaxtıdır”, - Şeremet bildirib.
Onun sözlərinə görə, vaxtilə Rusiya imperiyasının inzibati-ərazi vahidi sayılan, mərkəzi Simferopol olan Tavriya vilayətinə Ukraynanın Xerson və Zaporojye vilayətinin Azovsahili hissəsi daxil idi:
“Krımın gələcəyi mədəni və iqtisadi cəhətdən Xerson və Zaporojye vilayətlərinin azad edilmiş əraziləri ilə sıx bağlıdır. Krım cənub bölgələri üçün bir istinad nöqtəsinə çevriləcək, burada hərəkət etmək lazımdır”.