Çin Vaşinqtonun hazırkı hökuməti devirmək istəyəcəyindən qorxduğu üçün nüvə istehsalının artırılması tempini sürətləndirib.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal" məlumat yayıb.
Nəşrin məlumatına görə, Pekin ABŞ-ın yaratdığı təhlükə ilə bağlı qiymətləndirməni dəyişib:
"Çin liderləri daha güclü nüvə arsenalını ABŞ-ın Tayvanla bağlı potensial münaqişəyə birbaşa qarışmamasının bir yolu kimi görürlər".