Odessa vilayətində böyük bir raket və artilleriya anbarı məhv edilib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
O əlavə edib ki, Kirovoqrad vilayətindəki Kanatovo hərbi aerodromunda Ukrayna silahlı qüvvələrinin aviasiya texnikası da məhv edilib.
Qeyd olunub ki, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 54 hərbi obyektini vurub.