Böyük Britaniya Ukraynaya 130 milyon dollar dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson danışıb.
Partiyaya yüksək səviyyəli silahlar, o cümlədən səsdən üç qat sürətlə hərəkət edən "Starstreak" zenit raketləri, 800 tank əleyhinə raket və səmada uça bilən, işarələnməyi gözləyən dəqiq idarə olunan döyüş sursatları daxildir.