Biz əlimizdən gələni edirik.
Biz çox şey edirik. Düşünürəm ki, biz çox güclü bir qərar verdik, biz bu yanacaqlardan uzaqlaşırıq, sərmayə qoyuruq və yalnız bərpa olunan enerji resurslarından istifadə edən ölkə olmaq istəyirik.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ölkəsinin Rusiyadan qaz tədarükünü nə vaxt dayandıracağı ilə bağlı sualı cavablandırarkən deyib.
O, həmçinin qeyd edib ki, Almaniya Rusiyadan enerji təchizatını əvəz etməyə hazırlaşmalı, lazımi infrastruktur yaratmalı, məsələn, Rusiya təbii qazına alternativ ola biləcək LNG-nin qəbulu üçün terminallar tikməlidir.