Ukrayna ordusu Mariupolun böyük hissəsinə nəzarət edir, işğalçılar isə şəhərin ətrafındadır.
Axar.az xəbər verir ki, bunu Mariupol şəhər şurasının sədr müavini Pyotr Andryuşenko deyib.
“Ruslar iki gündür xəbər yayırlar ki, şəhərə nəzarət edirlər. Hətta şəhər mərkəzini belə ələ keçirdiklərini deyirlər. Bu, həqiqətəuyğun deyil. Əslində onlar bir məhəllə irəliləyiblər və dağıdılmış Dram Teatrına nəzarət edirlər”, - Andryuşenko bildirib.