Müharibə zamanı Çerniqovda hərbi və mülki şəxslər daxil olmaqla, 700-ə yaxın insan həlak olub.
Onlardan 70 nəfərinin isə şəxsiyyəti məlum deyil.
Axar.az xəbər verir ki, bu barədə Çerniqov şəhərinin meri Vladislav Atroşenko bildirib.
“Hazırda şəhərdə təxminən 80-95 min insan qalıb. Müharibədən əvvəl isə şəhərin əhalisi 290 minə yaxın idi”, - mer bildirib.