"Dünyadakı durumu və yeni "Omikron" ştamının sürətlə yayılmasını izləyirəm.
Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi", - o vurğulayıb.
Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə "Omikron" ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: "Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir".
Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.