Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.
60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.
İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbağça"nı çalışdırıb. Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. "Fənərbağça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb