Son xəbərlər

 

Axar.az-ın rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko ilə müsahibəsi:

- KİV-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçirilməsi gözlənilən üçtərəfli görüşü qızğın şəkildə müzakirə olunur. Siz bu təşəbbüsü necə qiymətləndirirsiniz və onun nəticələri necə olacaq?

- Görüş baş tutarsa, o zaman təbii ki, ilk növbədə müzakirə olunmalı məsələ üçtərəfli bəyanatın həyata keçirilməsidir ki, o da bu gün təəssüf ki, İrəvana görə bütün bəndləri ilə yavaşlayır. Əslində, Ermənistan bu bəyanatın bütün bəndlərini pozub. Ona görə də görüşdən, birincisi, Ermənistanın bilavasitə praktiki iştirakı ilə Zəngəzur dəhlizinin işə salınmasını, ikincisi, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası gözlənilir ki, bu da istənilən hərbi fəsadların riskini xeyli azaldacaq. Əgər tərəflər sərhəd haqqında müqavilə imzalayacaqsa, delimitasiya və demarkasiya işlərini aparacaqlarsa, bu, regionda sülhə doğru böyük addım olacaq.

Təbii ki, bəzi humanitar məsələlər də müzakirə oluna bilər. Humanitar sahəyə aid qərarlar bilavasitə görüş çərçivəsində qəbul oluna bilər.

- Zəngəzur dəhlizini qeyd etdiniz. Bu dəhlizin həm Azərbaycan, həm də Ermənistan üçün çox faydalı olması aydındır. Bəs Rusiya üçün Zəngəzur dəhlizinin açılmasının faydası nədən ibarətdir?

- Hazırda sərhədləri boyunca qeyri-sabitliklə üzləşən Rusiya üçün Cənubi Qafqaz regionunun sakit olması son dərəcə vacibdir. Risklərin və təhdidlərin miqyaslaşdırılması bu gün həndəsi silsilə ilə artır və bu həssas regionda Rusiyaya sülh lazımdır. Sülhün əsası isə işlək iqtisadiyyatdır. İqtisadiyyat işləyəndə insanların həyat keyfiyyəti yaxşılaşır.

Moskva üçün bütün nəqliyyat və kommunikasiya dəhlizlərinin işləməsi, regionda bütün istiqamətlərdə yüklərin sabit və etibarlı axını önəmlidir. Bu, nəqliyyat təchizatı üçün bütün logistikanı təkmilləşdirməyə imkan verəcək. Rusiya özü bu dəhlizlərdən istifadə edəcək. Üstəlik, bütün iştirakçı ölkələrin inkişafı üçün faydalı olan tranzit məsələsi də var. Unutmayaq ki, Ermənistan ağır iqtisadi vəziyyətdədir. İşləyən nəqliyyat dəhlizi təbii ki, hər bir ölkəyə və bütün region üzrə iqtisadiyyatın bütün sahələrinə güclü təkan verəcək.

- Rusiya ilə Türkiyənin həm 44 günlük müharibə zamanı, həm də ondan sonrakı dövrdə ortaq nöqtələr tapdığını söyləmək olarmı?

- Gəlin açıq danışaq, Türkiyə ilə situativ tərəfdaşlığımız var. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, aramızda rəqabət də var. Ona görə də bu, maraqlı konstruksiyadır – biz bir sıra məsələlərdə rəqibik, digər məsələlərdə tərəfdaşıq.

Görünür, bu konstruksiya yaxın gələcəkdə də qorunacaq. Bilirsiniz, burada müəyyən əlaqə var. Əgər Türkiyə rusiyalı turistlərin axınından asılıdırsa, KremTürkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükündə, silah almasında maraqlıdır. S-400 sistemləri buna nümunədir. Türkiyənin Rusiya ilə bir sıra iqtisadi layihələrdə əməkdaşlıq etdiyini unutmaq olmaz. Eyni zamanda, Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə güclü ziddiyyətlərimiz var. Burada bizim mövqelərimiz üst-üstə düşmür.

Bununla yanaşı, Putin və Ərdoğanın normal dövlətlərarası və şəxsi münasibətləri var. Putinin Türkiyə lideri ilə bağlı fikirlərinə nəzər yetirək: “Ərdoğan söz verirsə, onu mütləq tutacaq”. Bu, əslində, Putin üçün vacib meyardır. Həmin insanlar Qərb siyasətçiləri deyil ki, bir şey deyib, başqa cür hərəkət etsinlər.

Qarabağa gəldikdə isə, orada bizim Rusiya-Türkiyə Monitorinq Mərkəzimiz var. Bu da qarşılıqlı fəaliyyətimizin mühüm elementidir.

25 Noyabr 2024 Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
25 Noyabr 2024 Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov
25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi
25 Noyabr 2024 Tramp transgenderləri ABŞ ordusundan qovacaq
25 Noyabr 2024 Türkiyə və Rusiya arasında problem...
25 Noyabr 2024 Türkiyədə mədəndə torpaq sürüşməsi: ölənlər var
25 Noyabr 2024 İsrail ordusu HƏMAS-ın batalyon komandirini məhv etdi
25 Noyabr 2024 Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
25 Noyabr 2024 Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi
25 Noyabr 2024 Netanyahu həbs yox, edam edilməlidir - Xamenei
25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!