İnflyasiyanın səviyyəsinə görə ABŞ banan respublikası olub.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“İnflyasiya ilə nə baş verdiyinə baxın. Bu, banan respublikasının inflyasiyasıdır. Bu, dayanmalıdır, çünki əks halda bizim ölkə olmayacaq. Heç vaxt belə bir prezident olmayıb. Co Bayden dəhşətli prezidentdir. O, ölkəmizi sərhəddə viran qoyur, həbsxanalardan, ruhi xəstəxanalardan milyonlarla insanın sərhədi keçməsinə şərait yaradır, terrorçuların ölkəmizə nüfuz etməsinə icazə verir”, - Tramp bildirib.