08:30

Hesab edirəm ki, bu, Paşinyan komandasının Azərbaycana qarşı ərazi iddialarının ləğvi ilə bağlı Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini hansısa şəkildə təxirə salmaq üçün şüurlu istəyidir. Böyük ölçüdə ABŞ, Fransa və Avropa Birliyi kimi qüvvələrin təsiri altında olan Paşinyan hökumətinin hələ də tez, təsirli və səmərəli tədbirlər görməsi mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko İrəvanın Konstitusiya referendumunu 2027-ci ildə keçirməyi planlaşdırdığı ilə bağlı məlumatı şərh edərkən deyib.

O bildirib ki, Qərb iki ölə arasında sülh müqaviləsinin imzalanmasını istəmir:

“Məsələ burasındadır ki, istər Paşinyan, istərsə də Ermənistanın növbəti lideri tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin yenidən nəzərdən keçirilməsi potensialını saxlamaq Qərbin marağındadır. Bundan başqa, revanşizm Ermənistanda kifayət qədər populyardır. Ermənistan ordusunun hücum silahları ilə yenidən silahlanması prosesinin davam etməsi, nəhayət, İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir. Həmçinin mühüm maliyyə, media və digər təsir formatlarına malik qlobal erməni diasporunun bir sıra Qərb ölkələrinin bəzi hökumət və parlamentlərinə dağıdıcı təsiri səngimək bilmir”.

Ekspert hesab edir ki, Cənubi Qafqaz ətrafında böyük oyun hələ də davam edir və Ermənistan tələ kimi oyunçuların alətinə çevrilib, regionu qarışdıra bilər:

“Bu baxımdan Rusiya, Türkiyə, Azərbaycan, İran və Gürcüstan mövcud riskləri dərk etməli və Qərbin Ermənistan vasitəsilə regiona gələn dağıdıcı tendensiyalarının maksimum şəkildə blokadaya alınması üçün ortaq yanaşmalar tapmağa çalışmalıdırlar. Cənubi Qafqazda vəziyyətin yeni böyük destabilizasiyasının qarşısını almaq üçün Ermənistanın “Troya atı”na çevrilməsini dayandırmaq lazımdır”.

Korotçenko qeyd edib ki, bölgədə sülh müqaviləsi olmadan vaxtın daha üç il uzadılması müsbət nəticələr vəd etmir və Cənubi Qafqazda vəziyyət qeyri-sabit qalacaq:

“Bu gün bir çox istiqamətlərdə regionu sarsıtmağa çalışırlar. Xüsusilə, Qərbin Gürcüstandakı vəziyyətə necə mənfi təsir göstərdiyini, faktiki olaraq dövlət çevrilişinə və legitim hakimiyyətin məhvinə hazırlaşdığını görürük. Müxalifətin konstitusion yolla qalib gələ bilmədiyi bir şəraitdə “rəngli inqilab” və zorakılıqla hakimiyyətin dəyişməsi ssenarisi istifadəyə hazırlanır və bunu heç kim gizlətmir. İranda vəziyyət xarici oyunçular tərəfindən aktiv şəkildə destabilizasiya olunur”.

Korotçenkonun fikrincə, yalnız sülh müqaviləsi bölgəni yad təsirlərdən qoruya bilər:

“Biz İrəvana özünün qərargahı kimi gələn Qərb kəşfiyyat xidmətlərinin ümumilikdə dağıdıcı mövqeyini görürük. Bunları açıq şəkildə Paşinyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digərləri qəbul edir. Bölgədə vəziyyətin sabitləşməsi üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır. Müqavilə Ermənistanı bu sülh müqaviləsinə əməl etməyə məcbur etmək üçün rıçaqlarla tamamlanmalıdır. O cümlədən, Azərbaycanın hərbi potensialını saxlamaq lazımdır”.

O, Cənubi Qafqazda rəsmi Bakının yüksək mövqeyinin də mühüm olduğuna diqqət çəkib:

“Digər tərəfdən, biz Bakının dünya paytaxtlarından biri kimi geosiyasi statusunun yüksəldiyini və beynəlxalq münasibətlər sistemində və qlobal təşəbbüslərin təşviqində Azərbaycanın nüfuzunun kəskin şəkildə yüksəldiyini görürük. De-fakto Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək mandatı var. Yeri gəlmişkən, bunu ilk dəfə Qarabağa səfəri zamanı Azərbaycan Prezidentinə müraciət edən Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi. Hesab edirəm ki, Vladimir Putinin Bakıya səfəri zamanı bu və ya digər şəkildə Azərbaycanın fəal və çox mühüm iştirakı ilə regionda sabitlik və təhlükəsizlik məsələsi də müzakirə edilib”.

28 Noyabr 2024 Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir
28 Noyabr 2024 Suriyada böyük əməliyyat: Əsəd təcili Moskvaya getdi
28 Noyabr 2024 Moldova Rusiyaya qarşı bu sanksiyaya qoşuldu
28 Noyabr 2024 Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
28 Noyabr 2024 AB-yə indi üzv seçilsək, məhv olarıq - Papuaşvili
28 Noyabr 2024 ABŞ bu münaqişənin həlli üçün hər cür imkana sahibdir
28 Noyabr 2024 Lavrov Baydeni "qanuni oğru" adlandırdı
28 Noyabr 2024 Paşinyan daxili işlər nazirinə yeni müavin təyin etdi
28 Noyabr 2024 ABŞ Maduronun yaxın adamlarına sanksiya tətbiq etdi
28 Noyabr 2024 Ukrayna bu müddətdə AB üzvü olacaq - Zelenski
28 Noyabr 2024 Zelenski "Oreşnik" zərbəsindən dərhal sonra ona zəng etmişdi
27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!