Krasnoarmeysk istiqamətində döyüşən Ukrayna hərbçiləri artilleriya mərmiləri çatışmazlığından əziyyət çəkir.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” ukraynalı hərbçilərə istinadla məlumat yayıb.
“Mərmilərimiz tükənmək üzrədir. Kifayət qədər ehtiyatımız yoxdur”, - hərbçilərdən biri nəşrə açıqlamasında deyib.
Onun sözlərinə görə, resursların böyük hissəsi Kursk vilayətində döyüşən bölmələrə göndərilib.