Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayılın Axar.az-a müsahibəsi:
- Toğrul müəllim, Ukrayna müharibəsində bir müddət idi ki, Rusiyanın irəliləyişini müşahidə edirik. Rusiya-Ukrayna cəbhəsindəki hazırkı durumu necə dəyərləndirirsiniz?
- Ukrayna müharibəsinin belə uzanması bütün tərəflərin planlarına zidd məsələdir. Hər kəs bu məsələnin tezliklə bitəcəyini düşünürdü. Xüsusilə Qərb Rusiyanın Krım, Luqansk və Donetskin işğalından sonra bu əraziləri itirmək qorxusu ilə çox irəliləyə bilməyəcəyini zənn edirdi. Ancaq Moskva bildiyimiz kimi bunlarla kifayətlənmədi, hətta Kiyevi belə işğal etməyə cəhd etdi. Müqayisəyə gəldikdə isə əlbəttə, iqtisadi, hərbi və insan resursuna görə Rusiya Ukraynadan çox-çox üstündür. Bütün sanksiyalara baxmayaraq, əhalinin sayının çoxluğundan da istifadə edən Rusiya irəliləməyə çalışır. Ukrayna ordusunun hazırlığının zəifliyi, sərhəddə lazımi hərbi strukturun yetərincə olmaması Rusiyanın çətinliklə də olsa, irəliləməsinə və müharibənin uzanmasına gətirib çıxardı.
- Qərbin yaranmış yeni vəziyyət üçün mövqeyi necədir?
- Bir çoxları Qərbin Ukraynanı atəşkəsə məcbur edəcəyini, Rusiyanın da buna qoşulacağını düşünürdü. Amma bu mümkün deyil. Çünki Kiyevin atəşkəsə məcbur edilməsi dünyada nəzarətdən çıxa biləcək xaosa çevrilə bilər. Digər tərəfdən Rusiyanın aqressivliyi davam edir, ona görə buna göz yummaları qeyri-mümkündür. Qərb Rusiyanın müharibəni dərhal bitirməsini, geri çəkilməsini və danışıqlar masasına oturmasını istəyir.
- Qarşıdan İsveçrə konfransı, G-7 zirvəsi gəlir. Qərb isə Ukrayna üçün yaratdığı imkanları genişləndirir. Sizcə, Qərb bundan sonra gözləyəcək, yoxsa Rusiyaya qarşı ikinci cəbhə açılacaq?
- Zelenskiyə olan münasibət Ukraynaya qarşı həssaslıqdan irəli gəlir. Eyni zamanda bu kollektiv düşüncənin və ortaq düşmənə qarşı bir hərəkətin təzahürüdür. Qərb ölkələri başa düşür ki, müharibədə üstünlüyə nail olmaq üçün Ukrayna yeni və daha təsirli addımlar atmalıdır. Ona görə də Kiyevə göndərilən silah-sursat və sistemlərdən Rusiya ərazisində istifadəyə icazə verildi. Bu da müharibənin qarşı tərəfin ərazisinə keçməsi deməkdir. Nəticədə ehtimal edilir ki, ölkə içərisində vəziyyət daha xaotik bir hal alacaq və Rusiya dayanmağa məcbur olacaq. Fikrimcə, hazırda Rusiyaya qarşı fiziki mənada ikinci cəbhənin açılması məsələsi gündəmdə deyil. Çünki Avropa ölkələri Ukraynaya qoşun göndərilməsinə razılıq vermir, yalnız hərbi dəstəklə müharibənin gedişatını dəyişmək istəyir. Ancaq iqtisadi mənada ikinci və hətta üçüncü cəbhənin açıldığını deyə bilərik.
- Bu yaxınlarda Vladimir Putin və Hakan Fidanın Çinə səfəri oldu. Putin media nümayəndələri ilə görüşü zamanı Qərbə düşmən olan ölkələrə hər cür hərbi yardım göstəriləcəyini dedi. Sizcə, İsveçrə Sülh Konfransından sonra dünyada daha kəskin və geniş qütbləşmənin şahidi ola bilərikmi?
- Putinin Çinə səfəri Qərbə qarşı əks-həmlələr üçün zəmin formalaşdırmaq məqsədi daşıyır. Yəni Rusiya, məcazi mənada ifadə etsək, Qərb cəbhəsini yarmaq üçün bir çıxış yolu, pəncərə axtarır. Ancaq bəhs etdiyimiz səfər çox da uğurlu sayıla bilməz. Çünki Çinin mövqeyi bəllidir. Pekin bu məsələyə beynəlxalq hüquq baxımından həssas yanaşır, həm də özünü birbaşa hədəfə çevirməməyə çalışır. Hakan Fidanın səfəri də olduqca maraqlı hadisədir. Lakin fikrimcə, bu, Ukraynadan daha çox Çinin artıq malları şimalla deyil, Orta dəhliz və Türkiyə üzərindən daşınmasının təşkili ilə əlaqədardır. Çin mediası cənab Hakan Fidanın mavi qalstukla Sincan-Uyğur bölgəsinə səfərini, buranın qədim türk-müsəlman yurdu olması mesajını verməsini xoş qarşılamasa da, ümumilikdə müsbət səfər idi. Hələlik kəskin qütbləşmədən danışmaq mümkün deyil. Çünki Rusiya Qərblə vəziyyəti kəskinləşdirsə də, Ukrayna müharibəsi məsələsində ətrafına ciddi ölkələri çəkə bilmədi. Kiçik dövlətlərin, hansısa bir ölkənin tərkibindəki kiçik bir qurumun rəhbərinin Rusiyanı dəstəkləməsi isə daxili təbliğata xidmətdən başqa bir şey deyil. Moskvanın Ukrayna məsələsində yalnız qaldığını deyə bilərik.
- AB-nin xarici işlər üzrə ali komissarı Jozep Borrell açıqlamasında Avropanın indi özünü tam müdafiə etmək qabiliyyətində olmadığını bildirib. Sizcə, yaşanacaq hadisələr Avropada bölünmələrə səbəb ola bilərmi?
- Əlbəttə ki, Borrellin belə mövqeyi Ukrayna müharibəsinə və Avropanın təhlükəsizlik baxışlarına birbaşa təsir edir. Ancaq Avropa ölkələrinin eyni zamanda NATO üzvü olduğunu unutmamaq lazımdır. Ona görə də bölünmələrin olacağını ehtimal etmirəm. Ayrı-ayrı siyasətçilər öz ölkələrinin milli mənfəəti və ya siyasi ambisiyalar üçün fərqli addımlar ata bilər. Lakin ümumilikdə bölünmələrə səbəb olacaq xüsusi səbəb yoxdur. Hətta AB üzvü olmayan İngiltərənin belə fərqli mövqedən çıxış edəcəyi ehtimalı çox azdır.
- Türkiyə burada necə davranmalıdır?
- Türkiyə Ukrayna məsələsində müharibənin dərhal bitməsini istəyir və birmənalı şəkildə ərazi bütövlüyü prinsipindən çıxış edir. Danışıqlarda aparılan vasitəçilik, Antalya və İstanbul görüşləri, taxıl dəhlizi məsələsi Türkiyənin açıq, qərəzsiz diplomatik həmlələrinin nəticəsi idi. Hətta İstanbulda razılıq əldə edildi, lakin Qərb ölkələrinin müdaxiləsi ilə o reallaşmadı. Hazırda da Türkiyə beynəlxalq hüquq prizmasından çıxış edir. Yəni rus qoşunların Ukraynadan çıxarılmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Hətta cənab Ərdoğan da Putinlə görüşündə bunları açıq şəkildə bildirib. Digər tərəfdən sanksiyalara qoşulmasa da, Türkiyə həm də NATO üzvüdür və bu səbəbdən, qarşıdurma olacağı halda hərəkət edəcək. Ancaq indi gündəmdə bu məsələ yoxdur. Ona görə də Ankaranın mövqeyi doğrudur və yerindədir.
Rusiya ABŞ və Avropanın böhtanlarına baxmayaraq, başqa dövlətlərin daxili işlərinə qarışmır.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Moskva Avropa Parlamenti seçkisindən sonrakı vəziyyəti Fransanın daxili işi hesab edir”, - o bildirib.
Qeyd edək ki, Makronun İntibah Partiyası AP-yə keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra parlament buraxılıb və yeni seçkilər təyin edilib.
Bir çox ölkələrdə turizm sektorunun nəzərəçarpacaq dərəcədə canlandığı bu il səyahətçilər yay mövsümünü gözləmədən yeni üfüqlər kəşf etməyə başlayıblar.
Milli.Az lent.az-a istinadən bildirir ki, dəniz, qum, günəşi sevənlər üçün ideal olan ölkələrin siyahısı tərtib edilib.
Bu il reytinqin lideri büllur təmiz çimərlikləri, heyrətamiz Aralıq dənizi iqlimi, zəngin tarixi və mədəni irsi, habelə sakinlərinin qonaqpərvərliyi ilə məşhur olan Kiprdir. İkinci yerdə dənizə çıxışı olmasa da, fantastik gölləri olan Avstriyadır. Siyahıda daha sonra bütün çimərlik yerlərinin təxminən 95 faizi bəyənilən Xorvatiya və Yunanıstandır.
Albaniya, Belçika, Estoniya, Macarıstan və Polşada vəziyyət bir qədər pisdir. Burada yerlərin yalnız 70 faizindən azı çimərlik üçün yaxşı hesab olunub.
İrkutsk aviasiya zavodu Yak-130 döyüş təlim təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə zavoddan məlumat verilib.
Qeyd edək ki, Yak-130 təlim-döyüş təyyarəsi manevr qabiliyyəti və radioelektron avadanlıqların müasir kompleksi ilə seçilir. Təyyarədə döyüş vəziyyətinə yaxın şəraitdə “hava-hava” və ya “hava-yer” silahlarının simulyasiya edilmiş və ya real istifadəsini məşq etmək mümkündür.