Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın prezidenti deyil.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) "Milli Hərəkat"ı dəstəkləməsidir”.