İŞİD gizli fəaliyyətə keçir













Bu günə qədər bir neçə dəfə üzərində qalibiyyət elan edilən terror təşkilatı hələ də aktivdir; İŞİD niyə “Əl-Qaidə” yolu gedir?

2017-ci ilin noyabrında İraq, bu ilin 23 martında ABŞ, ötən gün Türkiyə dövlət başçısı, eləcə də İran, Suriya və daha bir neçə dövlət fərqli vaxtlarda İŞİD üzərində qələbə elan edib. Ancaq İŞİD hələ də fəaliyyətini davam etdirir.

Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 5 ildən sonra videosunu yaydı. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi həm də düşmənlərinə hələ sağ olduğu və güclü olduğu mesajını verdi.

Qeyd edək ki, Suriyanın şimalında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri” koalisiyası və ABŞ koalisiyası bu ölkədəki İŞİD-in sonuncu iri yaşayış məntəqəsi olan Bağuz kəndini martın 23-də ələ keçirib. Bununla da İŞİD-in Suriyada sonuncu böyük yaşayış məntəqəsini itirdiyi və bununla da Suriyada müharibənin başa çatdığı elan olunub. Elə həmin gün ABŞ prezidenti İŞİD-in məğlub edildiyini bəyan edib.
İŞİD gizli fəaliyyətə keçir


Ələ keçirilən sonuncu yaşayış məntəqəsində 470 İŞİD terrorçusu olub. Ümumilikdə isə Bağuzdan 5 minə yaxın insan köçüb və bunların 3500 nəfərə yaxını SDQ qüvvələrinə təslim olub. Təslim olanlar koalisiyaya məxsus maşınlarla savaş bölgəsindən çıxarılır. O da bildirilir ki, sonuncu iki kəndin ələ keçirilməsindən sonra Suriyanın şərqində, daha dəqiqi, Fərat çayının şərq sahilində İŞİD-ə məxsus ərazi qalmayacaq.
İŞİD gizli fəaliyyətə keçir


İraq hökuməti 2017-ci ilin 22 noyabrında İŞİD-in bu ölkədə məğlubiyyətə uğradığını bəyan edib. Ancaq buna baxmayaraq, terror təşkilatı Anbar əyaləti və ölkənin şimal rayonlarında, eləcə də Bağdadda gizli şəkildə fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq terrorçular əsasən hökumət qüvvələrinə qəfil hücumlar təşkil edirlər.

Ancaq məğlub edildiyi elan olunan İŞİD aprelin 21-də Şri-Lankada baş vermiş terrorun məsuliyyətini öz üzərinə götürdü. Aprelin sonuncu həftəsində isə İŞİD gözlənilmədən Suriya ordusuna hücum edərək 35 hərbçini qətlə yetirdi.Aprelin sonuncu günü isə İŞİD təşkilatın liderinin videosunu yayaraq həm ölüm xəbərlərinə cavab verdi, həm də məğlub olmadığını, hələ fəaliyyət göstərdiyi mesajını verdi. İŞİD indi 2014 və ya sonrakı illərdə olduğu kimi hansısa torpaq üzərində hakimiyyəti olmasa da, indi o, klassik terror təşkilatı kimi gizli fəaliyyət göstərir. 2018-ci ildə İŞİD-ə məxsus təbliğat səhifələri müxtəlif ölkələrdə həyata keçirilən 3670 terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

1767 terror aktı, yəni ümumi terror hadisələrinin 48 faizi İraqda, 1124 hücum, yəni 31 faizi Suriyada həyata keçirilib. Yerdə qalan terror hücumlarının əksəriyyəti Əfqanıstan, Misir, Somali və Nigeriyada baş verib. Təbii ki, siyahıda Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələri də var.

Belə ki, 2018-ci ildə:

Əfqanıstanda – 316

Misir (Sinay yarımadasında) – 181

Somali – 73

Nigeriya – 44

Yəmən – 41

Filippin – 27 terror hücumu baş verib.

İndi ekspertlərə görə, İŞİD artıq torpaq üzərində hakimiyyəti olmayan terror təşkilatı kimi fəaliyyət göstərir, yəni 5 il əvvəl olduğu kimi ərazilər tutub dövlət elan etmir, “Əl-Qaidə” nin etdiyi kimi qəfil hücumlar həyata keçirir. Eyni zamanda bir sıra ölkələrdə yenidən təşkilatlanmağa çalışır. Bu, daha çox İraq və Suriyada müşahidə olunur. Məlum olduğu kimi, İŞİD 5 il əvvəl İraq və Suriyada 88 min kv.km əraziyə sahib idi, onun nəzarət etdiyi məntəqələrdə 8 milyona yaxın insan yaşayırdı.

Əbu Bəkr əl-Bağdadinin sonuncu videosu da göstərdi ki, İŞİD “Əl-Qaidə” kimi gizli terror təşkilatı fəaliyyətini davam etdirəcək. Bunu onun yaydığı videokadrlardan da görmək mümkün idi. Əl-Bağdadi Üsəma bin Laden kimi gizli otağında tərəfdarlarını toplayıb iclas keçirir, strategiyanı elan edir. Və bütün bunlar qapalı məkanda baş verir. Təbii ki, liderin arxasında bir də rus avtomatı var. Eynilə bin Laden və Zəvahiridə olduğu kimi. Bunun isə bir sadə izahı var: İŞİD “hekayəsi” hələ davam edəcək.(musavat.com)
 
“Boeing” şirkəti qəzalardan əvvəl problemlərdən xəbərdar olub














“Boeing” şirkəti “737 MAX” modellərinin proqram təminatında olan problemdən daha əvvəl xəbərdar olduğunu etiraf edib.

Modelin ilk satışı ediləndən sonra problem barədə məlumat əldə edilib, lakin bununla bağlı addım atılmayıb. Məsələnin təhlükəsizlik problemi yaratmadığı əsas gətirilib və həlli növbəti proqram təminatı yeniləməsi ilə həyata keçirmək planlaşdırılıb. Şirkət daha əvvəl “737 MAX” modelindəki siqnal sisteminin bütün təyyarələrdə işlək olmadığını açıqlamışdı.

2018-ci ildə “Lion Air” və bu ilin martında “Ethiopian Airlines”a məxsus “737 MAX” model təyyarəsi qəzaya uğrayıb və 346 nəfər həyatını itirib. Hər iki faciənin əsas səbəbi kimi siqnal sistemindəki problem göstərilib. (Qaynarinfo.az)
İstanbulda etiraz: İmamoğlu ilk açıqlamasını verib















Türkiyə Ali Seçki Qurumu (YSK) qərarı İstanbulda etirazla qarşılanıb. YSK-nın 11 üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

ONA Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara etiraz olaraq yüzlərlə şəhər sakini gecə yarısı küçələrə çıxıb.

Qərarla bağlı münasibət bildirən CHP-nin İstanbul bələdiyyəsi üzrə seçkilərdə qalib gəlmiş namizədi Əkrəm İmamoğlu iftar süfrəsi üçün qonaq olduğu bir məclisdə “YSK-nın qərarını, rəsmi açıqlamanı gözləyəcəm, ondan sonra məni gözləyin” – deyə açıqlamasını verib.

Onun sözlərinə görə, yalnız bundan sonra məsələ ilə bağlı ətraflı danışacaq.

“Mən lap əvvəldən ən gözəl anlarımı şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişəm. İstanbulun ən gözəl nöqtəsində sizlərə fikirlərimi anladacam, hər şey çox gözəl olacaq”, – Ə.İmamoğlu belə deyib.

O, həmçinin tərəfdarlarına ümidlərini itirməməyi də tövsiyə edib:

“Biriləri səhv edəcək, əskik edəcək, çox pis işlər görəcək, amma biz həmişə bərabər ümid bəsləyəcəyik. Hər şey çox gözəl olacaq”.

Ə.İmamoğlu seçki nəticələrinin ləğvinə görə YSK-nı da qınayıb:

“YSK-nı hər gün fərqli-fərqli etirazlarla, iddialarla təsir altına salmağa, təhdid etməyə çalışdılar. Mən Ali Seçki Qurumunu qınayıram. İndi YSK qərar çıxarır ki, nəticələrə edilmiş etiraza görə seçkilər yenidən keçirilsin. Eyni nəticələrlə keçən il prezident seçkiləri oldu, referendum keçirildi, konstitusiya dəyişdi. O zaman konstitusiya da şübhəlidir, digər seçkilər də? Bu millət bizi seçib”.
Yüz ilin dəhşətli layihəsi REALLAŞIR – Burada bir müsəlman belə qalmayacaq və…















“ABŞ prezidenti Donald Tramp, kürəkəni Kuşner, İsrailin baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi dördlük masasında bir layihə var. Bu layihənin adı “Yüz ilin anlaşması”dır”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı deyib.

Onun sözlərinə görə, bu layihənin təməli 2 il öncə Trampın Səudiyyə Ərəbistanı kralı və Misir prezidenti Sisi ilə qlobus ətrafında fotoobyektlərə poza verəndə atılmışdı: “Layihə Ramazan ayından sonra tamamlanacaq. Bunu Trampın yəhudi kürəkəni Cared Kuşner açıqladı”.

“Yüz ilin anlaşması” nədir?

Taha Dağlı yazır ki, bu planı qısa olaraq Fələstin torpaqlarında bir fələstinlinin belə qalmaması və böyük yəhudi dövlətinin qurulması, fələstinlilərə isə başqa ərazilərdə dövlətin qurulması adlandıra bilərik.

“İllərdir müzakirə olunan “iki dövlət” həll variantı artıq yoxdur. Yerinə “yeni dövlət” variantı var. Fələstinlilərə Qüds, Əl-Halil, Ramallah, Nablusdan uzaqda, səhranın ortasında yeni bir dövlət qurulacaq. Artıq yeni Fələstin dövlətinin xəritəsi də hazırlanıb. Qəzza və Qəzzanın cənubunda Misirə bağlı Sina çölündən ibarət olan bölgə fələstinlilərin yeni dövlətinin ərazisidir. İsrail, Misir və Birləşmiş Ərəb Əmirliyi fələstinlilərə yeni şəhərlərin inşa edilməsi ilə bağlı razılaşıb. Fələstin prezidenti Mahmud Abbasa bu layihəyə razılıq verməsi üçün 10 milyon dollar təklif edilib. Abbas “siyasi həyatım bitər” deyərək pulu rədd edib. Lakin bilir ki, son söz ona qalanda “bəli” deməkdən başqa çarəsi qalmayacaq. İordaniyanın bu layihəyə bəzi etirazları var, çünki yeni Fələstin dövlətinin qurulması üçün İordaniyadan torpaq alınacağı ehtimalı var. Əgər İordaniya problem yaradarsa, “ərəb baharı” ilə üzləşə bilər. Bununla bağlı hazırlıqlar tamamlanıb, vəzifə ərəb ölkələrində müəyyən qrupların rəhbəri olan Dahlana verilib”, – deyə türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, layihəyə yeganə etiraz edən qüvvə Qəzzadakı Həmasdır: “Həmas rəhbərləri ötən həftə Misir kəşfiyyatının dəvəti ilə Qahirədə səfərdə olublar və layihəyə etiraz ediblər. Heyət Qahirədən dönən kimi İsrail ordusu Qəzzanı bombalamağa başladı”.

Çin ABŞ və Rusiya ilə nüvə silahlarından istifadənin məhdudlaşdırılması ilə bağlı üçtərəfli müzakirələrdə iştirak etməyəcəyini bildirib. ONA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın bununla bağlı açıqlamasını şərh edən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq deyib.

O bildirib ki, ölkəsinin nüvə potensialı ABŞ və Rusiya ilə müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir.

"Çin hökuməti silahlanmaya nəzarətlə bağlı Çinin adını çəkən istənilən ölkəyə qarşıdır və nüvəsizləşmə razılaşması ilə bağlı heç bir üçtərəfli danışıqlarda iştirak etməyəcək. Çin hər zaman nüvə silahlarının tam məhdudlaşdırılmasını və məhv edilməsi ideyasını müdafiə edib və hesab edirik ki, nüvə silahlarına malik olan ölkələr xüsusi məsuliyyət daşıyır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Çin də daxil olmaqla dünyanın üç əsas nüvə ölkələri arasında nüvəsizləşmə ilə bağlı razılaşma məsələsini müzakirə etdiklərini deyib.

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.

ONA-nın xəbərinə görə, YSK-nin bu gün keçirilən iclasında seçkilərin təkrar keçirilməsinə qərar verilib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ















NASA-nın rəhbəri Cim Braydenstayn planetimizin sakinlərini təşvişə salan bəyanatla çıxış edib.
NASA rəhbəri bəşəriyyətə planetimizə dağıdıcı asteroidin düşəcəyinə hazırlaşmaq barədə xəbərdarlıq edib. NASA direktorunun fikrinə əsasən, təhlükə çox böyükdür və bir çoxumuz canlı həyatın nə böyük təhlükə qarşısında olduğunu dərk etmir.

Braydenstayn dünya ictimaiyyətinə Çelyabinsk meteoriti barədə məlumat verib. Mütəxəssis bildirib ki, meteoritin diametri 20 metr olsa da, atmosferimizə daxil olduqdan sonra Xirosimoya atılan nüvə bombasından 30 dəfə böyük güclə partlayıb.

NASA rəhbəri bildirib ki, Çelyabinsk meteoriti şəhərlərin üzərində partlayıb və dağıntılara yol açıb. Bəzi meteoritlər isə xoşbəxtlikdən okeanlara düşür. NASA alimlərinin hesablamalarına əsasən, heç olmasa 60 ildə bir dəfə yaşayış məntəqələrinə düşəcək və diametrləri 20 metrdən böyük olacaq. Əgər belə səma cismləri əhalinin sıx yaşadığı yerə düşsə, faciənin miqdarı çox böyük olacaq. Məsələn, 140 metrlik asteroid bir Avropa ölkəsini tamamilə məhv edə bilər. Braydenstayn dünya dövlətlərini təhlükə ilə üzləşməyə çağırsa da, bunun qarşısını almağın yollarından danışmayıb.
Hələlik Yerə doğru uçan asteroidləri nüvə başlıqları ilə havada partlatmaq fantastika sayılır.

Qeyd edək ki, hazırda “2007 F3” asteroidi Yerə doğru hərəkət edir. Diametri 340 metr olan bu asteroid oktyabr ayında planetimizlə toqquşa bilər...
Bələdiyyə işçisinin seks videoları şəhəri alt-üst etdi — VİDEOLAR














Argentinanın La Plata şəhərində yaşayan bələdiyyə işçisi Sonya Pellizarinin intim videolarını internetdə satır.
Bu məsələnin gündəmə düşməsi ilə şəhərdə aləm bir-birinə dəyib. 28 yaşlı qadın bu səbəbdən işdən qovulub.

Sonya videoları internetdə satırmış. Videolardan biri sosial şəbəkəyə sızıb. Sonya 2011-ci ildən bələdiyyə məclisində çalışır. 6 il sonra isə o, qərar verərək intim videolarını internetdə satmağa başlayıb. Yerli mətbuata müsahibə verən Pellizzari fahişə olmadığını deyib:

“Bu videolardan çox pul qazanıram. İlk olaraq bir dostumla çılpaq olduğum video sızdırıldı. Sonra ikinci video üzə çıxdı. Burada cinsi əlaqədə idik. Buna görə utanmıram. Heç bir zaman gizli saxlamadım. Ailəm və iş yoldaşlarım nə iş gördüyümü bilird”.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/IunnB5pDEU0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/-daeCTbsZP8" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
On minlərlə erməninin Türkiyədən deportasiyası gözlənilir













Ermənistan hakimiyyəti Türkiyədən on minlərlə qeyri-leqal erməni miqrantın mümkün deportasiyasına hazır olmalıdır. Çünki Ərdoğanın siyasəti dəyişib.

Virtualaz.org xəbər verir ki, bunu erməni ekspert-türkoloq Ruben Melkonyan deyib. Onun sözlərinə görə, qeyri-leqal erməni miqrantların Türkiyədən deportasiyasına dair vaxtaşırı olaraq səslənən xəbərdarlıqlar praktikada reallaşa bilər. Səbəb odur ki, Türkiyədə oyun qaydaları dəyişib, millətçilik yüksəlib və hakimiyyətin siyasəti “daha az proqnozlaşdırıla bilən” olub.

Melkonyana görə Ermənistan sakinlərinin Türkiyədən mümkün deportasiyasının səbəbləri kimi bu ölkənin daxilindəki iqtisadi problemlər, Azərbaycan qarşısında öhdəliklər və Yerevana münasibətin sərtləşməsi və s. hesab oluna bilər.

“Həm də belə şaiyələr gəzir ki, mümkün deportasiyanın səbəblərindən biri bizim Suriyaya sülhməramlı missiya göndərməyimizlə əlaqəlidir. Lakin mən hesab etmirəm ki, bu əsas səbəbdir”-Melkonyan bildirib.

Onun sözlərinə görə, deportasiya reallaşsa Ermənistanda problemlər meydana çıxacaq. Amma hakimiyyət bu ssenariyə çoxdan hazırlaşmalıydı.

Müxtəlif məlumatlara görə Türkiyədə on minlərlə qeyri-leqal erməni miqrant var.
Koçaryanın bütün əmlakına və gəlirlərinə həbs qoyuldu

Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bütün əmlakına həbs qoyub.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ovanes Xudoyan bildirib: “Həbs Koçaryanın bütün əmlakına və pensiyadan başqa gəlirlərinə qoyulub. Əmlakın dəyəri hələlik ölçülməyib, amma qiymətləndirmə mütləqdir”.

Qeyd edək ki, həbsdə olan Koçaryan 2008-ci ilin martında Ermənistanda konstitusion quruluşu pozmaqda ititham edilir.