Son xəbərlər

 

Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı Rasim Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məlum olub ki, Rasim bacısını 7-ci dəfə ərə getmək istədiyi üçün öldürüb.

 

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Rasimin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Rasim Salmanov 21 yaşlı bacısı Başxanım Salmanovanı odlu silahla qətlə yetirib.

Hadisə ötən ilin fevralında Yevlax şəhərində Qaraçılar məhəlləsində baş verib. Salmanovlar ailəsi də qaraçı millətindən olub və uzun illərdir bu ünvanda yaşayıb.

Rasim bacısının 7-ci dəfə ərə gedəcəyini eşidib. Belə ki, Rasim 20 yaşlı bacısı Başxanımın 6-cı dəfə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nurlandan ayrılaraq yenidən ərə gedəcəyini, qızını da nənəsinə verəcəyini eşidib. O, bu söhbətləri Başxanımla bacılarının danışığından eşidib. Bundan sonra yan otaqda atasına məxsus ov tüfəngini götürərək bacısının baş nahiyəsindən vurub.

Rasim ifadəsində bacısının ailə həyatındakı davranışlarının onun adına xələl gətirdiyini deyib. Bildirib ki, məqsədi bacısını öldürmək yox, qorxutmaq olub. Rasim deyib ki, əli silahın tətiyinə istəmədən dəyib.

Qətl hadisəsi baş verən zaman Başxanımın nənəsi və bacısı da otaqda olub.

Məhkəmədə şahid qismində dindirilən şəxslər də Başxanımın ailə vəziyyətinə görə qardaşı Rasimlə tez-tez mübahisələrinin olduğunu deyiblər.

Rasim Salmanov törətdiyi əmələ görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

11 Mart 2025 Putin düşmən olduğunu dəfələrlə sübut etdi – Leyen
11 Mart 2025 Ukrayna ilə bağlı danışıqlarda irəliləyirik - Uolts
11 Mart 2025 “Azərpoçt”un adından dələduzluq – ETX-dən xəbərdarlıq
11 Mart 2025 Moskvaya hücuma cavab bu cür verilməlidir
11 Mart 2025 Ruslardan unikal əməliyyat: qaz kəməri vasitəsilə...
11 Mart 2025 Yermak Ciddədəki görüşdən yazdı: Çox konstruktiv...
11 Mart 2025 İnanırıq ki, Rusiya bizi buna məcbur etməyəcək - Rubio
11 Mart 2025 Ermənistan sürətlə silahlanır - Bayramov
11 Mart 2025 Paşinyan qapalı görüşdə elan etdi: Müharibə qaçılmazdır!
11 Mart 2025 Markov: Ukrayna PUA-larını vurmaq çətindir
11 Mart 2025 Yel çərşənbəsi: Novruz bayramına hazırlıq başladı
11 Mart 2025 Avropa üçün pul xərcləmək mənasızdır - Mask
11 Mart 2025 Trampın siyasəti ABŞ iqtisadiyyatını çökdürür - "Blumberq"
11 Mart 2025 Qrenlandiyanı kim qoruyacaq? - Zaxarova
10 Mart 2025 "Harri Potter"in aktyoru öldü - Foto
10 Mart 2025 Tramp Rusiyaya sanksiyaları yumşaltmağı müzakirə edir
10 Mart 2025 Arakçı Obama ilə aparılan danışığı yüksək qiymətləndirdi
10 Mart 2025 Kanadanın yeni baş naziri məlum oldu - Video
10 Mart 2025 Trampdan İran, Rusiya və Çin birgə təliminə reaksiya
10 Mart 2025 Bakının bu qəsəbəsində işıq olmayacaq
10 Mart 2025 Vətəndaş müharibəsinə imkan verməyəcəyik - Şara
09 Mart 2025 Trampın bu təhdidi yalandır, Putin də yaxşı bilir - Bolton
09 Mart 2025 Harris yenidən siyasətə qayıdır: tarixi açıqladı...
08 Mart 2025 Fransa ilə bağlı bu iddialar təhlükəlidir - Litva
08 Mart 2025 Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı
08 Mart 2025 Xameneidən Trampın məktubuna cavab
08 Mart 2025 Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə
08 Mart 2025 Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov
08 Mart 2025 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 Mart 2025 Paşinyan parlamentdə Azərbaycanla sülhü müzakirə etdi