![]() |
![]() |
Moskvaya kütləvi PUA basqını olub.
Xatırladaq ki, 2024-cü ildə Ukrayna 1,5 milyon PUA istehsal edib. Orada bu istehsal kiçik emalatxanalarda olunur və havada onları məhv etmək çətindir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov ötən gecə Rusiyaya kütləvi PUA hücumunu şərh edərkən deyib.
“Ukraynanın 2025-ci il üçün planları 4,5 milyon PUA istehsalıdır. Atəşkəs olsa və bir ildən sonra yenidən müharibə başlasa, o zaman hər gün bir neçə min Ukrayna PUA-sı Rusiyaya yönələcək. Bu, açıq şəkildə göstərir ki, sülhün yeganə şərti Ukrayna dövlətçiliyinin neonasist və terrorçu xarakterini məhv etmək ola bilər”, - o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu bu gecə 337 PUA ilə Rusiyaya hücum edib. Bu, 2025-ci ilin ən böyük hücumu sayılır.