Son xəbərlər

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ən xoş arzularını bildirib.

 

Axar.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.

Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlar fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.

Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm. İnanıram ki, bütün sahələrdə olduğu kimi, ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Sizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək, əziz xanımlar!"

06 Mart 2025 Gürcüstan XİN rəhbəri Mirzoyanla regionu müzakirə etdi
06 Mart 2025 Makron Hitlerin cəsarətsiz xələfidir - Lavrov
06 Mart 2025 Rusiya müharibəni davam etdirəcək - Korotçenko
06 Mart 2025 Trampın addımı həyəcan siqnalıdır: Türkiyə hazırdır!
06 Mart 2025 Rus ordusu Andreyevkanı ələ keçirdi
06 Mart 2025 NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
06 Mart 2025 Starmer və Makron ədəb qaydalarını tapdadı - Lavrov
06 Mart 2025 Makronun çağırışı: Avropada xaos yaşanır!
06 Mart 2025 Rubio alnına çəkilmiş xaçla efirə çıxdı - Foto
06 Mart 2025 Trampın adamları ilə görüşmüşük - Timoşenko təsdiqlədi
06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin
06 Mart 2025 Güneyli üçəmlərin milli adları 5 aydan sonra təsdiqləndi
06 Mart 2025 Putin onu Rusiyanın ABŞ-dakı səfiri təyin etdi
06 Mart 2025 Argentina prezidentinin bacısı rüşvətdə ittiham olunur
06 Mart 2025 ABŞ-dan Ukraynaya yardımla bağlı növbəti açıqlama...
06 Mart 2025 Ramazanda düzgün qidalanma
06 Mart 2025 Bu gün Rəsulzadənin vəfatının ildönümüdür
05 Mart 2025 Bu gün Türkiyə-Azərbaycan üçün önəmli bir gündür - Əliyev
05 Mart 2025 Bununla Naxçıvanın təhlükəsizliyini təmin edəcəyik - Prezident
05 Mart 2025 Bu, Naxçıvanın ehtiyacını 30 il qarşılayacaq - Ərdoğan
05 Mart 2025 Ərdoğan Azərbaycanı təbrik etdi
05 Mart 2025 Sumqayıtda 5 elektrikli avtobus istehsal ediləcək
05 Mart 2025 Çətin günlərdə Azərbaycan necə yanımızda oldusa... - Ərdoğan
05 Mart 2025 İran ovunmur: Vilayəti də Türkiyəyə “xəbərdarlıq” etdi
05 Mart 2025 AB və ABŞ birgə sammit keçirə bilər
05 Mart 2025 Ədalət Verdiyevin məhkəməsi başladı
05 Mart 2025 PKK-nın özünü buraxacağı tarix açıqlandı
05 Mart 2025 “Traktor” 1/4-də Ərəbistan komandası ilə qarşılaşdı
05 Mart 2025 FHN-dən qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq - Video
05 Mart 2025 Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Foto