“Cənubi Qafqazla bağlı yeni Amerika Administrasiyası çox praqmatik və rasional olacaq. Çünki faktiki olaraq, Trampın elan etdiyi siyasətin əsas qayəsi münaqişəli vəziyyətlərin qarşısını almaqdır. Yəni müharibələri dayandırmaq, təzadlı və anlaşılmaz məqamların aradan qaldırılması kimi istəklər ondan xəbər verir ki, Tramp dünyaya yeni bir nəfəs gətirmək istəyir. Bunun nəticəsində qarşıdurma meyilləri zəifləsin, əksinə anlaşma, orta məxrəc tapıntıları daha intensiv hal alsın. Bu baxımdan hesab edirəm ki, yeni Administrasiya Cənubi Qafqazda məhz Azərbaycanın aparıcı rolunu bilərək maneə olmamağa çalışacaq. Çünki Azərbaycanda və Azərbaycan ətrafında Cənubi Qafqazda qarşıdurma meyilləri baş qaldırmasın”. Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu bir həqiqətdir ki, Ermənistan bu sahədə çox ciddi səylə çalışır və Trampın qəbul etmədiyi Avropa siyasəti də gündəmdən getsin: “Avropa özünəməxsus demandslara baş qoşur, bir yandan Trampa qarşı sistemli fəaliyyət başlayır. Ağ evin yeni sahibi ikinci fövqəldövlət olan Rusiya ilə dil tapsın və ağrılı məsələlərlə bağlı bir konsensus tapsınlar. Amma buradan da Avropa İttifaqı onlara maneəçilik törətməyə çalışır. Xüsusilə də Amerikanı Ukrayna böhranının uzanmasına, davam etməsinə sövq edirlər. Amma Tramp müharibələrin uzanmamasında israrlıdır. Çünki insanlar, xalqlar yorulur, resurslar dağılır və dağıntılar baş alıb gedir. Bunu ancaq xəstə təxəyyüllü insanlar müharibələrin uzanmasını istəyirlər. Cənubi Qafqazla bağlı isə Azərbaycanla Amerika arasında çox etibarlı bir münasibət var. Son vaxtlar Prezident vurğulayırdı ki, Co Bayden Administrasiyası həddən artıq lazımsız işlərə baş qoşur. Digər tərəfdən təhrikçi bir mövqe tuturdu. Üçüncü tərəfdən isə Azərbaycanın mövqelərinə zərər vurmağa çalışırdı. Lakin bu siyasəti alınmadı”.

 

Politoloqun sözlərinə görə, bu yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur: “Azərbaycan isə heç kəsin problemlərinə toxunmadan, heç kəsə ərazi iddiası irəli sürmürdü. Digər tərəfdən bütün ağrılı məsələlərlə bağlı həmişə dialoq yolu ilə aradan qaldırılması üçün çağırışlar edirdi. Mən belə başa düşürəm ki, Tramp Azərbaycanın sabitləşdirici rolunu kifayət qədər bilir və həm də onu qiymətləndirir. Ona görə də biz 3 istiqamətdə, yəni enerji sektorunda, təhlükəsizliyin qorunmasında və eləcə də azad tərzdə demokratik cəmiyyətlərin qurulmasına diqqət yetirərək ABŞ ilə öz dialoqumuzu yalnız genişləndirməyə israrlıyıq və biz bunu edə biləcəyik. Hesab edirəm ki, Trampın özü də bu proseslərdə çox maraqlı tərəf kimi çıxış edir. Əgər bizim bölgədə problemlər yoxdursa, o zaman Tramp nəyə görə bura müdaxilə etməlidir? O çox gözəl başa düşür ki, Azərbaycanın aparıcı rolu ilə bərabər bölgədə bəzi məqamlar üst-üstə gəldikdə pozitiv bir potensial yaratmağa qadirdirlər. Bu baxımdan ABŞ-nin siyasətində Cənubi Qafqaza heç bir neqativ təsiri olmayacaq”.

20 Fevral 2025 ATV yayımı dayandırır
20 Fevral 2025 “Kuruluş Osman”dan ayrılır - FOTO
20 Fevral 2025 Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər - Ağar
20 Fevral 2025 Bakıya sabah da qar yağacaq
20 Fevral 2025 Qurumun adını "institut"dan dəyişib "universitet" edəndə…
20 Fevral 2025 Tramp Stalinin arzusunu yerinə yetirir - Emanuel
20 Fevral 2025 Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...
20 Fevral 2025 Tramp yalnız Trampın müttəfiqi ola bilər - Venediktov
20 Fevral 2025 Bunları etməsək, ABŞ müflis olacaq - Mask
20 Fevral 2025 Trampın Zelenski ilə bağlı çıxışına Medvedyevdən reaksiya...
20 Fevral 2025 Paşinyan həqiqəti dərk və etiraf etdi: Sülh üçün 3 şərt
20 Fevral 2025 Bu halda Kreml İrəvana təzyiqi artıracaq - Politoloq
20 Fevral 2025 Ukraynanı buna məcbur edəcəyik - ABŞ
19 Fevral 2025 DİN-dən sürücülərə çağırış: Bu halda sükana keçməyin!
19 Fevral 2025 Yeni konstitusiyanın qəbul edilməsi vacibdir - Paşinyan
19 Fevral 2025 Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV
19 Fevral 2025 Xəstəxanaya girən 2 metrlik ilan pasientləri DƏLİ ETDİ - VİDEO
19 Fevral 2025 Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir - Tramp
19 Fevral 2025 Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi
19 Fevral 2025 Texniki ekspertizalar vaxt aparır, gözləyirik… - Lastayev
19 Fevral 2025 Azərbaycana palma yağı haradan gətirilir? - Video
19 Fevral 2025 Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi
19 Fevral 2025 ABŞ-la ilk görüş: gərgin iş başladı - Matviyenko
18 Fevral 2025 Bu gün Yalançı çərşənbədir - Nələr etməıliyik?
18 Fevral 2025 Bu, Rusiya üçün qəbuledilməzdir - Lavrov
18 Fevral 2025 Zelenski Atatürkün məzarını ziyarət etdi - Video
18 Fevral 2025 Bu narkoman Xəzər konsorsiumuna hücum edir
18 Fevral 2025 Tramp DTD-nin yüzlərlə əməkdaşını qovur
18 Fevral 2025 Dayanıqlı inkişaf üçün birgə addımlar
18 Fevral 2025 Bizi nüvə nəhəngi ilə üz-üzə qoydular - Kavelaşvili